01.06.2014.- Bakı aeroportunda ajiotaj: təyyarələr havaya qalxa bilmir - (Foto

01.06.2014.- Bakı aeroportunda ajiotaj: təyyarələr havaya qalxa bilmir - (FotoBu gün saat 10.00-da Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə hələ də Heydər Əliyev Beynəlxalq Hava Limanındadır.

"AzerTaym.az" bildirir ki, sərnişinlərin azerfax”a verdiyi məlumata görə, saat 11.10-da Antalyaya uçmalı olan təyyarənin də uçuş vaxtından xeyli keçməsinə baxmayaraq, sərnişinlər hələ də gözləmə salonunda qalıblar.

Bakıdan Yekaterinburqa uçan təyyarənin sərnişinlərindən olan 50-55 yaşlarında kişinin vəziyyəti pisləşib. O, əsəbiləşdiyi üçün ürəktutma keçirib.

Yaşanan gərginliyə baxmayaraq, hava limanının məsul şəxslərindən heç kim vəziyyətə hələlik aydınlıq gətirməyib.


01.06.2014.- Bakı aeroportunda ajiotaj: təyyarələr havaya qalxa bilmir - (Foto






Fikirlər