Deputat: “Adam nə qədər YALAN DANIŞAR?!”

“Reallıq başqa şeydir, boş, mənasız cəfəngiyyatlar başqa şey. Əgər kimsə həyatını xəstə illüziyalar üzərində qurursa, ona fikir verməyin özü mənasız vaxt itkisidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ağacan Əbiyev söyləyib.

Onun sözlərinə görə, ənənəvi müxalifət liderləri boş-boş danışmağı özlərinin həyat fəlsəfəsinə çeviriblər:

“Adam nə qədər yalan danışar?! Adam nə qədər cəmiyyəti aldadar?! Adam nə qədər təxribatçı fəaliyyətlə məşğul olar?! Artıq ixtiyar yaşlarına çatıblar, amma özlərinə qoyulmurlar. Bu adamlar hələ də başa düşmür ki, artıq onların nağılları heç kim üçün maraqlı deyil. Nəinki bütöv bir cəmiyyət, artıq azsaylı üzvləri üçün də əhəmiyyət kəsb etmir. İllərdir yalan və şirnikləndirici vədlərlə ətraflarına saxladıqları barmaqla sayılacaq şəxslər də bugün onlardan can qurtarmağın yollarını axtarırlar. Hesab edirəm ki, ictimai rəyə təsir imkanları heç olduğundan və hər şeyi qara rəngdə görmələri səbəbindən onlara cavab verməyin özü də mənasız məşğuliyyətdir”.

AzerTaym.az






Fikirlər