RÜFƏT ASLANLI İLƏ BAĞLI ŞOK İDDİALAR – Bahalı şərablar, zinət əşyaları… + FOTOLAR

RÜFƏT ASLANLI İLƏ BAĞLI ŞOK İDDİALAR – Bahalı şərablar, zinət əşyaları… + FOTOLAR 

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının öz adına şərab istehsal etdirməsi haqqında məlumatlar son günlərin əsas müzakirə mövzularından biridir. İndiyə qədər R.Aslanlının şəxsi biznesinin olması barədə də elə bir məlumata rast gəlinməsə də, onun bahalı şərab həvəskarı olduğuna dair iddialar yayılıb.

Bu barədə cumhuriyyet.net saytı maraqlı bir yazı dərc edib. Həmin yazını ixtisarla təqdim edirik.

Yazıda bildirilir ki, Rüfət Aslanlı çox bahalı və dəbdəbəli həyat tərzi yaşamaqdadır. Bu da onun qısa müddət ərzində kifayət qədər iri məbləğdə kapitala sahib olduğunu deməyə əsas verir: “Belə ki, bir dövlət məmurunun illik qazancı ilə bir şüşəsinin dəyəri 3000 AVRO ilə 20000 AVRO arasında dəyişən xüsusi şərabları öz adı ilə sifariş vermək, heç bu cür şərabların hazırlandığı yerlərdə olub onların dequstasiyasının aparmaq hardasa mükünsüzdür.
Amma bizim “qəhrəmanımız” şəkildə də gördüyünüz kimi bu şərabları dequstasiya edərək özünəməxsus şəkildə, “dərk etdiyi” formada özünə “bab” olan, ağzının tamına uyğun şərablar seçməyə çalışır. Şəkildən də göründüyü kimi deyəsən dequstasiya prosesində “bir qədər” çox şərabın dadna baxıb…”
RÜFƏT ASLANLI İLƏ BAĞLI ŞOK İDDİALAR – Bahalı şərablar, zinət əşyaları… + FOTOLAR
Yazıda daha sonra iddia edilir ki, R.Aslanlı hər həftənin cümə axşamları Bakının elit klublarında dostlarını ətrafına yığaraq, böyük şəstlə dostlarını bu şərablara qonaq edir: “Hətta həmin klublarda bir şüşəsi 3000-5000 manat arasında dəyişən şərablar sifariş verərək, bu şərablarla öz şərablarını müqayisə edir və yaşadığı dəbdəbəli həyatdından danışır…”
Yazıda həmçinin qeyd edilir ki, R.Aslanlının 2-3 günlük istirahət xərci 30-40 min ABŞ dolları və ya 55-70 min manat civarındadır: “Belə ki, Palatanın rəhbəri xarici ölkələrə səfərə gedərkən ən tanınmış 5-7 ulduzlu hotellərdə istirahət edir. Burada qəribə bir nüans yoxdur, hər bir insanın yaxşı hotellərdə qalmaq haqqı var, o cümlədən də cənab Aslanlının. Qəribə burasındadır ki, bu cür hotellərin ən yaxşı lüks nömrələrinin 1 gecəlik qiyməti 1000-1500 ABŞ dolları olduğu halda Palatının rəhbəri, dəbdəbəli həyat tərzinə alışqan R.Aslanlı xarici ölkələrin birində, hoteldə qalarkən 2 gecə üçün bir nömrəyə 12000 ABŞ dolları hesab ödəyir”.RÜFƏT ASLANLI İLƏ BAĞLI ŞOK İDDİALAR – Bahalı şərablar, zinət əşyaları… + FOTOLAR
Daha sonra bildirilir ki, Aslanlının xərcləri bununla başa çatmır, xarici ölkələrin birində olarkən oranın ən bahalı və əsasən dünyanının zəngin iş adamlarının tez-tez ziyarət etdikləri adlı – sanlı restoranlarının birində özünə bahalı ad günü təşkil edir: “Yəni bu cür restoranlarda ad günləri və ya bu kimi tədbirləri adətən Türkiyənin və ya dünyanının tanınmış iş adamları təşkil eidr. Restoranının imic baxımından bahalı olması səbəbindən burada hər hansı bir tədbir keçirmək hər insana qismət olmur.
R.Aslanlı bir neçə saatlıq yeyib-içmək və kef məclisi üçün restorana 25 min ABŞ dolları hesab ödəyir. Qeyd olunan hesab restoranın rəsmi qəbzlərində olan rəqəmlərdi…”
RÜFƏT ASLANLI İLƏ BAĞLI ŞOK İDDİALAR – Bahalı şərablar, zinət əşyaları… + FOTOLAR
“Bayramları da fərqli şəkildə qetyd etməyi özünə yeni imic kimi seçmiş R.Aslanlı 2017-ci ilidə özünə məxsus şəkildə təmtəraqlı qeyd etmək məqsədilə, yeni ili qarşılamaq məqsədilə xarici ölkələrin birində dağ xizək kurortu olan şəhəri seçir. Görünür 2017-ci ili dağlarda, kurortlarda qarşılamağın ayrı ləzzəti var. Hörmətli Rüfət müəllim Azərbaycan Bank-Maliyyə sektorunun əzrayılla çırpındığı bir vaxtda 4-5 günlük istirahət üçün həmin ölkənin turiziminin inkişafına 17 min ABŞ dolları köməklik göstərir” deyə yazıda qeyd olunur.
Palata sədrinin istirahətdə olduğu ölkələrdə ən bahalı qızıl-ziniət əşyalarının satışı ilə məşgul olan və az qala bütün dünyada məhşur olan firma mağazalarına baş çəkdiyi bildirilir : “İlk baxışdan bu prosesdə özlüyündə normal görsənir. Lakin ölkənin bank-maliyyə sektoruna cavabdeh olan R.Aslanlı mağazaya baş çəkərkən özünü lap dünyaca məhşur iş adamları kimi hiss edərək, bir dəfəyə nə az, nə çox 100 minlərlə ABŞ dolları məbləğində vəsaitlər xərcləməklə mağazalardan qızıl-zinət əşyaları alır”.
RÜFƏT ASLANLI İLƏ BAĞLI ŞOK İDDİALAR – Bahalı şərablar, zinət əşyaları… + FOTOLAR
“Görəsən bu zaman o vəsaiti hansı pulla ödəyib? 65000 manatlıq əmək haqqı ilə?…” deyə yazıda sual edilir. Və R.Aslanlı belə böyük kapitalı kimlərin vasitəsilə əldə etdiyindən bəhs olunur: “Qısa müddət ərzində R.Aslanlıya iri məbləğdə kapital toplamasına yardımçı olmuş və onun ən yaxın adamları hesab olunan Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Araz Əliyev və Əmanətlərin Sığortalanması Fondunun keçmiş sədri Azad Cvadovu da yaddan çıxartmaq olmaz. Əldə etdiymiz məlumatlara görə Bank məsələləri üzrə ən yaxın baş biləni hesab etdiyi Araz Əliyevin və ən yaxşı iş icraçısı olan Azad Cavadovun köməkliyi ilə Palataya rəbərlik etdiyi gündən bu üçlük vəzifə səlahiyyətlərinindən istifadə etməklə nəzarət etdikləri maliyyə müəssisələrində müxtəlif və ağılagəlməz yollarla külli miqdarda kapital toplamağa müvəffəq olmuşlar. Burada həm dövlət vəsaitləri (Əmanətlərin sığortalanması Fonduna ayrılmış vəsaitlər) hesabına, həm də, özəl sahibkarlığa məxsus (bağlanılmış 11 bank) vəsaitlər hesabına toplanılmış məbləğlər əsasında formalaşmış kapitaldan söhbət gedir”.
RÜFƏT ASLANLI İLƏ BAĞLI ŞOK İDDİALAR – Bahalı şərablar, zinət əşyaları… + FOTOLAR
Yazıdakı iddialarla bağlı R. Aslanlının da mövqeyini işıqlandırmağa hazırıq.






Fikirlər