ÖTƏN İL Bakıda bu qədər ADAM BOŞANIB

Ötən il Bakıda bu qədər adam boşanıb

Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb.

"AzerTaym" xəbər verir ki. Bakı şəhər Statistika İdarəsindən BakuPost-a verilən məlumata görə, 2017-ci il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,8, boşanmaların sayı isə 2,2 olub.
 
Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qrumları tərəfindən daimi yaşamaq üçün Bakı şəhərinə 5012 nəfər gələn, 5677 nəfər gedən qeydə alınıb.






Fikirlər