VİLAYƏT EYVAZOVUN mm-ə HESABATI təxirə salındı
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun Milli Məclisdə hesabat verəcəyi tarix dəyişdirilib. Modern.az-ın məlumatına görə, Milli Koordinatorun Milli Məclisin aprel 3-də hesabat verməsi bildirilmişdi. Milli Koordinatorun Milli Məclisə hesabat verəcəyi tarix yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, yaxın günlərdə Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq.