“ƏLİLLƏRƏ VERİLƏN MÜAVİNƏTLƏR 2 DƏFƏ ARTIRILSIN” – Deputatdan TƏKLİF

“Əlilliyin müəyyənləşdirilməsində istiqamətində xeyli işlər görülür. Amma yenə də idarələr arasında süründürməçiliklər var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat əlillərə verilən müavinətlərin artırılmasını təklif edib.

 “Bu gün I qrup Qarabağ əlilinə 182, II qrup 154, III qrup 121 manat pul verilir. I qrup mülki əlillərə isə 124, II qrupa 61 , III qrup əlillərə i52 manat vəsait verilir. 52 manat nə deməkdir? Bu kifayət qədər az məbləğdir. Hesab edirəm ki, əlillərin aldığı müəavinəti 2 dəfə artırmaq lazımdır

 Həmin müavinətlər 300 manat olmalıdır ki, həmin şxəslərin heç olmasa dərmanına çatsın”.

AzerTaym.az






Fikirlər