GEDİŞ HAQQI yarıya endirilsin - DEPUTATDAN TƏKLİF

Gediş haqqı yarıya endirilsin

Deputat Fazil Mustafa ictimai nəqliyyatda havaların istiləşməsi ilə əlaqədar yaranan problemlə bağlı maraqlı təkliflə  çıxış edib.

Onun sözlərinə görə, avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaqla məsələni həll etmək olar: “İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslara nəzər salıram. İçəridə oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər. Hiss olunur ki, hamıdan tər dabanlarından axır. Bəhanə edilir ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 21-ci əsrdir e...

Bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət endirimi kampaniyası”.






Fikirlər

Şərh müəllifi: rdtyj                 Tarix: 23 iyun 2018 07:42                 [ Cavabla ]
9 points out of omega replica the small seconds plate and 3 points out of uk replica watches the 30-minute timing plate symmetrical rolex replica distribution, highlighting the balance of replica watches the disk surface.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi