BAXÇAdakı olaya görə 2 nəfər İŞDƏN ÇIXARILDI

Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı

Gəncə şəhərində 31 saylı bağçada uşağın üzünə dağ basılması iddiası ilə bağlı açıqlama verilib.

Bağçanın müdiri Günay İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə iyunun 21-də baş verib, amma dağ basılması iddiası yalandır: “Körpələr qrupunda olan az yaşlı Hüseyn Əliyev Sara Mustafazadəni dişləyib. Baxçanın böyük tibb bacısı ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Hazırda körpənin vəziyyəti yaxşıdır.

 

Bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə buraxdıqları səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən azad ediliblər”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi