Deputatdan ərəblərlə bağlı İLGİNC AÇIQLAMA: "Onların təmizkar olmalarını istəyiriksə..."

Deputatdan ərəblərlə bağlı İLGİNC AÇIQLAMA: "Onların təmizkar olmalarını istəyiriksə..."

rəb Almaniyaya deyil, Azərbaycana gəlib. Görüb ki, burada salafanla zibillər küçəyə atırlar.Hər gün çimərlikdə görürəm ki, qarpızı yeyib çölə tullayıblar. Çimərlikdəki o qədər qarpız qabığını da ərəblər yeyib tullayıb? Zibil qabı olsa da, hər şeyi yeyib yerə tullayırlar. Bu məsələnin sırf ərəblərlə bağlılığı yoxdur".

Bu sözləri Sfera.az-a açıqlamasında millət vəkili Fazil Mustafa son günlər tez-tez qarşılaşdığımız ərəblərin natəmizliyi, pintiliyi ilə bağlı yayılan video və məlumatlara münasibət bildirərkən deyib:

"Orta məktəbdə oxuyanda Liviyaya getmişdim. Parkda tum çırtlayanda yerə atmışdım. Dərhal mənə irad bildirildi ki, tumu yerə atmazlar. Ərəblərin
ölkəmizdə təmizkar olmasını istəyiriksə, ilk növbədə özümüz buna əməl etməliyik. Özümüz piyada keçidindən keçirikmi? Özümüz tələblərə əməl edirikmi? Məgər məhləni, hoteli təmiz saxlayırıq? Gedin parklara, kafelərə baxın. Şadlıq evlərində olan mədəniyyətsizlik heç yerdə yoxdur. Sadəcə olaraq ərəblərin gəlişinə görə bir təbliğat gedir. Ərəblərin davranışı ilə bağlı arzuolunmaz hadisələr müşahidə edilə bilər. Lakin bunu sırf ərəblərlə əlaqələndirmək düzgün deyil".






Fikirlər