Əhliman Əmiraslanovun SEÇİCİLƏRİ Milli Məclisə GƏLDİ

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik  Əhliman Əmiraslanov bu gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.

 Modern.az xəbər verir ki, qəbulda həm Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində köməklik istəyən seçicilər, həm də Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar iştirak edib.

Qəbul zamanı süni mayalanma və digər müxtəlif cərrahi əməliyyatlar o cümlədən orqan köçürülməsi ilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə əsasən sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar.

 Əhliman Əmiraslanov qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını qeyd edərək, müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi