GÜZƏŞTLİ İPOTEKA şərtləri çoxuşaqlı ailələrə ŞAMİL EDİLSİN - TƏKLİF

Güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə şamil edilsin - TƏKLİF

Korrupsiyaya qarşı aparılan mübarizəni gücləndirməklə, yüz milyonlarla pul əldə olunur ki, bunu da sosial sahələrin inkişafına yönəltmək olar.
Oxu.Az xəbər verir ki, bu barədə deputat Əli Məsimli parlamentin plenar iclasında büdcə müzakirələrində deyib. 
O, çıxışında daha çox təmir-tikinti sahəsinə diqqət yetirib:
"Harada təmir-tikinti həyata keçirilirsə və vəsait öz təyinatı üzrə istifadə edilmirsə, bunun iqtisadiyyata heç bir töhfəsi olmur. Bu pullar bir çox hallarda havaya sovrulub gedir. Ona görə də bu məsələyə nəzarəti gücləndirmək lazımdır və məsələni özbaşına buraxmaq olmaz”.
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə deyib ki,
Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır.
O, 2019-cu ilin büdcə zərfində üç yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını təklif edib.Komitə sədri qeyd edib ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir.A. Naxçıvanlı turizm sahəsinə də diqqət yetirib. O bildirib ki, Azərbaycanda turizm inkişaf edir:
"Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir. Bu baxımdan, rayona gələn turistlərin sayı artmaqdadır. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa, Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi