ÖLKƏDƏ BU məhsullar YENƏ BAHALAŞDI

Ölkədə bu məhsullar yenə bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, noyabrın 22-də qızılın qiyməti noyabrın 21-i ilə müqayisədə 9,7325 manat artaraq 1 unsiya üçün 2085,22 manat təşkil edib.
Gümüş 0,3015 manat bahalaşaraq 1 unsiya üçün 24,6391 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 4,8875 manat artaraq 1437,129 manat, palladiumun qiyməti isə 12,3165 manat artaraq 1960,0575 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.






Fikirlər