İcra başçısı qəbul keçirib - FOTOLAR

Bu gün 272 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Babək prospekti 85, 85a, B.Nuriyev küçəsi 16, 16a, Q.Qarayev prospekti 120 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

“AzerTaym.az" bildirir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər. Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 



 






Fikirlər