Nazir müavinin işdən çıxarılmasının ƏSAS SƏBƏBLƏRİ

Nazir müavinin işdən çıxarılmasının ƏSAS SƏBƏBLƏRİXəbər verdiyimiz kimi, ölkə başçısı müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib. O, ordu birləşmələrindən birinin komandan müavini təyin edilib.

"AzerTaym.az"-ın Hafta.az-a istinadən əldə etdiyi məlumata görə Q. Qarayevin yerinə polkovnik Fuad Məmmədov təyin olunub.

Qorxmaz Qarayevin yeni vəzifəyə təyinatı isə ölkə ictimaiyyətində birmənalı qarşılanmadı. General Qarayevin yeni təyinatı “vurulma” yaxud da vəzifə enişi kimi dəyərləndirildi. Hafta.az –ın əldə etdiyi məlumatlara görə isə Qorxmaz Qarayev birləşmə komandanının müavini vəzifəsinə zəruri ehtiyac olduğu üçün gətirilib. Onun Qarabağ savaşında döyüş təcrübəsi olduğu üçün prezident tərəfindən daha məsuliyyətli vəzifə təyinatı verildiyini öyrəndik.

Məsələni şərh edən hərbi ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında da bizim əldə etdiyimiz məlumatların doğruluğunu təsdiqlədi:

“Bizdə çox qəribə bir hal yaranıb. Kimisə vəzifədən çıxaranda və ya başqa bir vəzifəyə keçirəndə az qala bir faciə kimi qələmə verirlər. Qorxmaz müəllim döyüş keçmiş bir zabitdir, generaldır. Uzun illər Müdafiə Nazirliyində çalışıb. Ölkə rəhbərliyi Qorxmaz Qarayevə daha ağır bir missiyanı həvalə edib. Bu missiya da ondan ibarətdir ki, o, bundan sonra döyüş bölgəsində olan strateji birləşmələrdən birinin komandir müavini kimi xidmət edəcək. Mən əsla hesab etmirəm ki, bu vəzifəyə təyinat cəzalandırmadır. Bu Ali Baş Komandanın qərarıdır. Sabah başqa bir əmr ola bilər. Qorxmaz Qarayev vaxtilə döyüşlərdə iştirak etmiş bir zabitdir. İndiyə qədər də nazirlik sistemində dəyişiklər olub və bundan sonra da olacaq”.






Fikirlər