Bu gündən muzey və qoruqlara GİRİŞ SƏRBƏSTDİR

Bu gündən muzey və qoruqlara giriş sərbəstdir

Bu gündən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri başlayır.

  28 May - Respublika GünüRamazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək. 

"AzerTaym.az" 






Fikirlər