Bakı qara hazırlaşır, 50-dən çox texnika ayrılıb

Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib - VİDEO

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib.

“AzerTaym.az" bildirir ki, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun sözlərinə görə, bu işlər çərçivəsində davamlı olaraq monitorinqlər keçirilib:

 Bakıda koronavirus təhlükəsi ilə bağlı dezinfeksiya işləri davam etdirilir

“Mənzil-Kommunal Təsərrüfatı departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan 50-dən çox qış texnikası növbəti il cari təmir edilərək start xəttinə düzülüb.

Əlavə olaraq 5000 tondan çox texniki duz vasitəsi alınıb. 24 saatlıq iş rejimi tətbiq edilib. Bütün rayonlar üzrə tərəfimizdən təhkimçi-işçi qruplar təmin edilib və mütəmadi olaraq İcra Hakimiyyətində yaradılan 24 saatlıq qərargahla mütəmadi əlaqə saxlayırlar”.






Fikirlər