VASİF TALIBOV VƏZİFƏDƏN NECƏ UZAQLAŞDIRILACAQ? – Hüquqşünas mümkün ssenariləri göstərir

Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi » "Dünya" informasiya agentliyi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasının (NMR) vəzifəli şəxslərinə qarşı keçirdiyi anti-korrupsiya əməliyyatlarından sonra MR-in rəhbərliyi sərt tənqid hədəfinə çevrilib. Ekspertlər, deputatlar, sıravi vətəndaşlar Muxtar Respublika rəhbərliyinin idarəçilikdən uzaqlaşdırılmasını, hətta cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

Bəs, qanunvericilik nə deyir, NMR Ali Məclisinin sədri Vasif Talıbovun vəzifədən çıxarılması hansı qaydada mümkündür?

Hüquqşünas Hafiz Həsənov “AzPolitika.info”-ya şərhində bildirib ki, Vasif Talıbov Azərbaycan Respublikası Konstitusiyasına və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə Naxçıvan Muxtar Respublikasının (NMR) ali vəzifəli şəxsidir. O, xatırladır ki, NMR-in ali vəzifəli şəxsi Naxçıvan Ali Məclisi tərəfindən seçilən Naxçıvan Ali Məclisinin sədridir. “NMR-in ali vəzifəli şəxsi NMR Konstitusiyası ilə müəyyən olunan hallarda və qaydada qanunvericilik və icra hakimiyyəti sahələrində səlahiyyətləri həyata keçirir”, - o əlavə edib. 

 

 

Hüquqşünas qeyd edir ki, indiki halda Vasif Talıbov - NMR-in ali vəzifəli şəxsi qanuni yolla aşağıdakı hallarda vəzifəsindən azad edilə bilər:

 

- NMR Konstitusiyasının 30-cu maddəsinə uyğun olaraq NMR Ali Məclisinin sədri kimi vəzifəsindən istefa verdikdə və ya səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə (bu halda NMR ali vəzifəli şəxsinin vəzifədən kənarlaşdırılması qaydası NMR Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir); 

- Naxçıvan MMR Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıldıqda; 

- NMR Ali Məclisinə növbəti seçkilərdə seçilmədikdə;

- NMR Konstitusiyasının 19-cu maddəsinə uyğun olaraq Ali Məclisin deputatlığından məhrum edildikdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi səlahiyyətlərini itirdikdə;

- Cinayət törətdikdə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

DTX-nın Naxçıvanda birbaşa Ali Məclis sədrini hədəfə çıxaran əməliyyatlarından, eyni zamanda MR-dəki nazirliklərin, komitə və xidmətlərin ləğvi qərarlarından sonra Vasif Talıbovun vəzifəsindən kənarlaşdırılacağına şübhə edənlərin sayı o qədər də çox deyil. Əksəriyyət bu fikirdədir ki, Naxçıvanda Talıbov erası bitmək üzrədir. Onun vəzifəsindən hansı yolla kənarlaşdırılacağını isə zaman göstərəcək.

 






Fikirlər