Hacı İsmayılov Ramiz Novruzdan danışdı - VİDEO

Hacı İsmayılov Ramiz Novruzdan danışdı - Video

 

"Ramizin xəstə olduğunu bilirdik. Amma ümidimiz çox idi ki, xəstəliyə qalib gələcək. Təəssüf ki, xəstəliyi onu bizim aramızdan apardı. Azərbaycan teatrı, sənəti və mədəniyyəti üçün böyük itkidir". 

Axşam.az-ın məlumatına görə bu sözləri Xalq artisti Hacı İsmayılov həmkarı, Xalq artisti Ramiz Novruzla vida mərsimində iştirak edərkən deyib.

"Ramizin çox gözəl xarakterik rolları vardı və ifa edirdi. Məzəli, yerinə düşən improvizələri olurdu. Mənə ləzzət edirdi. Səhər bu xəbəri eşidəndən bəri özümə gələ bilmirəm.

Sonunci dəfə bir yerdə tamaşada oynamışdıq. O, gücdən düşmüşdü. Deyirdi ki, nəfəsim və gücüm çatmır. Optimist insan idi. Gülürdü, danışırdı. Çayxanada aktyor dostları ilə görüşürdü. O xəstəliyini büruzə vermirdi. Əksinə rollarını elə ifa edirdi ki, sağlamdır, yaxşıdır" deyə, H.İsmayılov əlavə edib.

Xatırladaq ki, Ramiz Novruz uzun müddət idi mədə xərçəngindən əziyyət çəkirdi. O bu gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.






Fikirlər