Ramiz Mehdiyev birinci müavinlikdən, İsa Həbibbəyli isə müavinlikdən çıxarılıb

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqlənib.
Yeniavaz.com
 xəbər verir ki, Milli Ensiklopediyanın yeni redaksiya heyətində birinci müavin vəzifəsi ləğv olunub və bu səbəbdən daha əvvəl birinci müavin vəzifəsini icra edən Ramiz Mehdiyev redaksiya heyətində adi üzv olub.

Bundan başqa daha əvvəl redaksiya heyətində müavin vəzifəsi daşıyan AMEA-nın prezidenti İsa Həbibbəyli bundan sonra Milli Ensiklopediyanın baş redaktoru vəzifəsini icra edəcək.
Daha əvvəl Milli Ensiklopediyanın baş redaktoru vəzifəsini icra edən AMEA-nın sabiq prezidenti Akif Əlizadə isə müavin təyin olunub.






Fikirlər