“HƏMİN DƏSTƏ 700 MİN MANAT DƏYƏRİNDƏ VƏSAİT ƏLDƏ EDİB” - VİDEO
“Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs edilən Bakı Jurnalistika Məktəbinin rəhbəri Ülvi Tahirovun ətrafında araşdırmalar davam etdirilir. “Baku TV”nin məsələ ilə bağlı hazırladığı süjetdə bildirilib ki, Ü.Tahirovun həyat yoldaşı, feminist kimi tanınan “Yuva Humanitar Mərkəzi”nin həmsədri Rəna Tahirovanın və onunla yaxın əlaqədə olan “Femact” MMC-nin rəhbəri Pərvanə Məmmədovanın 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlanma, müxtəlif mənbələrdən maliyyə əldəetmə faktları müəyyən olunub. Sistemli araşdırmalar zamanı o da üzə çıxıb ki, dəstə layihələrlə əlaqəli əldə etdiyi təxmini 700 min manat dəyərində maliyyə vəsaitlərini onlara məxsus bank hesabları vasitəsilə qəbul edib. "AzPolitika"ya daxil olan məlumata görə, “Femact” MMC-nin rəhbəri Pərvanə Məmmədova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavinidir və nazir Emin Əmrullayevə yaxınlığı ilə tanınan adamdır. Ətraflı videomaterialda: