QAYDANI POZUB “OBEDƏ” GETDİLƏR – Evkuator və yol POLİSİ
DYP əməkdaşları və evakuator sürücüləri avtomobillərin saxlanılması qadağan olan ərazidə park edərək “Böyükfırat” restoranına nahara gedirlər. Bakı şəhər, Nəsimi rayonu, Azadlıq prospektindən istifadə edənlər hər gün yəqin ki, aşağıdakı mənzərəni görürlər. DYP əməkdaşları və evakuator sürücüləri avtomobillərin saxlanılması qadağan olan ərazidə park edərək “Böyükfırat” restoranına nahara gedirlər. Bunu belə görən digər sürücülər də eyni addımı atırlar və qadağan edilmiş ərazidə park edirlər. Bu hələ azmış kimi, yol ayrıcından 5 m məsafədə də maşınlar saxlanılır və həyətlərdən Azadlıq prospektinə çıxmaq istəyən sürücülər yolu görmürlər. Bu barədə görüntüləri FaktXəbər-ə göndərən sürücülər, əlaqədar orqanlardan məsələyə müdaxilə etmələrini istəyirlər. Görüntülərdə Yol Patrul Xidmətinin 99 YP 508, evakuator xidmətinin 90 JM 006, 90 JM 007 və 90 JM 008 dövlət qeydiyyat nişanlı avtomobillərinin harada park etmələri aydın görünür. Hansı ki, məhz bu xidmətin əməkdaşları 2 dəqiqəliyinə aptekə girib dərman almaq istəyən sürücünün maşınını dərhal cərimə meydançasına aparırlar, amma özləri 1 saata yaxın qaydaları pozurlar.