“Volvo” tarixində ilk dəfə olaraq elektrikli avtomobil İSTEHSAL edib

“Volvo” tarixində ilk dəfə olaraq elektrikli avtomobil istehsal edib

İsveçin "Volvo” şirkəti tarixində ilk dəfə olaraq elektrikli avtomobil, XC40 krossoverini istehsal edib.
EkoNews xəbər verir ki, bu haqda brendin mətbuat xidməti məlumat verib.
Avtomobil yeni olan CMA (Compact Modular Architecture) platforması üzərində qurulub. XC40 modelinin adi versiyasından fərqli olaraq, burada qəza zamanı qüvvələrin paylanmasını optimallaşdırmaq və insan xəsarətini minimuma endirmək üçün elektrik mühərrik karkasın daxilində yerləşdirilib.
Avtomobilin salonunda elektron interfeys olacaq, onun köməyi ilə sürücü avtomobil sistemlərinin işi haqqında məlumat ala biləcək.
Elektrikli mühərrik daxili yanma mühərrikinə nisbətən daha az yer tutur, buna görə də Volvo XC40 elektrikli krossoverin kapotu altında mühəndislər 30 litrlik yer ayırıblar.
Avtomobil batareyası 40 dəqiqəyə 80% qədər enerji ilə dolur. Xatırladaq ki, oktyabrın 7-də "Volvo” və "Geely” müasir detalların istehsalı sahəsində öz səylərini birləşdirmək niyyətində olduqlarını bildiriblər. /Banker.az

 






Fikirlər