ROZA Zərgərli YOL Polisinin reydinə düşdü - FOTOLAR

Roza Zərgərli Yol Polisinin reydinə düşdü - fotolarXəbər verdiyimiz kimi, Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bəzi dövlət qurumları xanımları müxtəlif formada təbrik ediblər.

 

 AzerTaym.az məlumatına görə, qadınlara sürpriz edən dövlət qurumları arasında həmçinin Bakı şəhər Dövlət Yol Polisi var. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Statistika Komitəsinin qarşısındakı dairədə dayanıb və həmin an ərazidən keçən qadın sürücülərə gül və müxtəlif hədiyyə kartları veriblər.

Təbrik reydinə düşənlər arasında müğənni Roza Zərgərli də olub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan hədiyyələr alan Roza sosial şəbəkədə də bu barədə "DYP əməkdaşlarının reydinə düşdüm, əvvəlcə çox peşman oldum, amma..." yazaraq fotolar paylaşıb.

Qeyd edək ki, xanım sürücülərə verilən hədiyyələr arasında müxtəlif əşyalar, pulsuz yanacaq, avtoyuma, sığorta kartları, gül və başqa qiymətli hədiyyələr olub.

 

 

 








Fikirlər