Bəzi yollarda parklanma yerlərindən vəsaiti BƏLƏDİYYƏLƏR toplayacaq
Bəzi yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq. APA-nın məlumatına görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir. Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına “bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir. Buna uyğun olaraq “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılır. Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.