DYP «zerkalni» nömrələrin əsl qiymətini açıqladı (FOTO)
Bakıda vətəndaş "zerkalni" avtomobil dövlət nömrə nişanı almaq istəyən şəxs Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb. "AzerTaym.az" baku.ws-ə istinadən xəbər verir ki, Pərviz Məmmədov adlı şəxsin DYP-yə yazdığı məktubda "333 444 222" tipli nömrə almaq istədiyini bəyan edib. DYP-dən isə vətəndaşın müraciətinə cavab gecikməyib. Bildirilib ki, sürücü 500 AZN dövlət rüsumu ödəməklə "zerkalni" avtomobil dövlət nömrə nişanı ala bilər. Baş Dövlət Yol Polisi İdarəsinin cavabını təqdim edirik.