Dünyanın ən iri ÇƏHRAYI brilyantı REKORD qiymətə satılıb

Dünyanın ən iri çəhrayı brilyantı rekord qiymətə satılıb

15,38 karat çəkisində olan dünyanın ən iri "Unique Pink" (“Unikal Çəhrayı”) çəhrayı brilyantı Cenevrədə “Sotheby's”  hərracında rekord qiymətə - 31,5 mln dollara satılıb.

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib.
 
“Bu yeni dünya rekordudur... Bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir”, - deyə Bennet bildirib. Onun sözlərinə görə, nadir brilyantın alıcısı Asiya ölkələrinin birindən fərdi şəxsdir.  
 
Qeyd edək ki,  brilyant “Sotheby's” hərrac evi tərəfindən 28-38 milyon dollar dəyərində qiymətləndirilib.
 
Həmin brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb. ABŞ-ın “Cora International” şirkəti (Nyu-York) tərəfindən satışa çıxarılıb.    






Fikirlər