Altsaymer xəstəliyinin qırmızı qənimi - FOTOLAR

Altsaymer xəstəliyi adətən qoca yaşlarından başlayır və yaddaş unutqanlığına gətirib çıxarır. 

Mütəxəssislər isə bu xəstəliyə qarşı tədbir alınması mövzusunda xəbərdarlıq edirlər. Altsaymer xəstəliyi geniş yayılmış və müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsaymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı ilin statistikasına görə 26,6 milyon, 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.
Resveratrol Corctaun Universiteti Tibb Fakültəsində aparılan bir araşdırma isə xəstəliyin qarşısını ala bilən yeməklərin adların açýqlayıb. Mütəxəssislər, qırmızı üzüm, moruq və bitter şokoladının altsaymeri önlədiyini və xəstəliyə müsbət təsir edə biləcəyini söyləyir. Bu qidaların tərkibindəki vitaminlərlə bədəndə yığılan zərərli maddələrin 50 faizin yox etdiyi iddia olunur.

 






Fikirlər