“Coca-Cola” içdikdən 10 dəqiqə sonra orqanizmdə nə baş verir? – GERÇƏKLƏR

Dünyada ilk dəfə “Coca-Cola”ya qarşı etiraz 2006-ci ildə Türkiyədə başlanılmışdı. Və əbəs yerə deyil.

Publika.az xəbər verir ki, etiketdə kolanın tərkibi belə göstərilir: Şəkər, fosfor turşusu, kofein, karamel, karbon qazı və hər kəsdə şübhə oyadan xüsusi “ekstrakt”. Məlum olub ki, bu ekstraktı Koşenil həşəratından əldə edirlər.

Koşenil Kanar adalarında və Meksikada yaşayan həşərat növüdür. O, bitkilərə soxulur, şirəsini əmir və yerindən heç vaxt hərəkət etmir. Kənd sakinləri həşəratlar üçün xüsusi meydançalar hazırlayır, sonra onu toplayır, dişi yumurtalardan piqment əldə edir və onu “Coca-Cola”da boya məqsədilə istifadə edirlər. İçkinin adının “Koka” olması da elə buradan qaynaqlanır.

Bəs “Cola” haradan götürülüb?

Kola üçün xammal müxtəlif məməlilərin yediyi biyan kökündən əldə edilir. Biyan ekskavatorlarla yığılır, amma onu təmizləmirlər, odur ki, onun üstündə nə gəldi ola bilər.
İçki tərkibindəki karamel isə ammonyak, şəkər və sulfitin kimyəvi qarışığıdır. Kifayət qədər zərərli birləşmədir. Həmçinin qazlı içkinin tərkibində spirt var.

“Coca-Cola” orqanizmə necə təsir göstərir?

Kolanı içdikdən 10 dəqiqə sonra orqanizmə 10 çay qaşığı şəkər daxil olur (bu isə gündəlik normadır), yalnız ürək bulanmır, çünki fosfor turşusu onu boğur.

20 dəqiqədən sonra qanda insulin artır və şəkər qaraciyərdə yağların toplanmasına səbəb olur.

40 dəqiqədən sonra kofein həzm olunmur, göz bəbəkləri genişlənir, qan təzyiqi yüksəlir, adenozinov reseptorları bloklanır, yuxunu qaçırır.

45 dəqiqə keçəndən sonra bədən dofamin hormonunun hazırlanmasını yüksəldir, hansı ki, həzz mərkəzini stimullaşdırır.

Bir saat sonra fosfor, sink, maqnezium və kalsium turşusu bağırsaqlarda bağlanır və metabolizm sürətləndirir.

Növbəti saatda isə sink, maqnezium, kalsium, natrium, su, elektrolit sümüklərdən çıxır.
Daha sonra insan süst və əsəbi olur, çünki içki bədəndəki bütün suyu sidik vasitəsilə xaric edir.

“Coca-Cola”lanın tərkibinə mikroskop altında baxmaqla onda həmçinin bir çox maraqlı məqamlar tapmaq olar.

“Aqua carbonated” – qazlı su meteorizmi təhrik edir, mədə sekresiyasını oyadır, mədə şirəsinin turşluq dərəcəsini yüksəldir.

E952 – sintetik kimyəvi preparatdır, şəkərin əvəzedicisi və qadağan edilmiş kanserogen maddədir.
E150d – kimyəvi şəklində qovrulmuş şəkərdir.
E950 – metil efiri özündə saxlayır. Bu, ürək-damar sisteminin işini pisləşdirir, əsəb sistemini oyadır, eləcə də vərdişə səbəb olur.
E951 – şəkər əvəzedicisidir, fenilalanin və metanola temperaturun yüksəlməsi vaxtı dağılır, çox təhlükəlidir.
E338 – ortofosfat turşusu orqanizmə dəmiri və kalsiumu mənimsəməyə vermir, sümükləri zəiflədir.
Ye330 – limon turşusudur, konservant maddədir.
Aromas – anlaşılmayan ətirli əlavələrdir.
Ye211 – natriumun benzoat konservantıdır.






Fikirlər