DÖRD SAYLI cəzaçəkmə müəssisəsindən 8 qadın AZADLIĞA BURAXILIB - FOTO
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) icra olunub. “Report”un məlumatına görə, CM-də keçirilən tədbirdə Ombudsman Elmira Süleymanova, CM rəhbərliyi və başqaları çıxış ediblər. Cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 634 nəfərə şamil ediləcək.