DEPUTATIN bir il əvvəl GENERAL OLAN qardaşı işdən NİYƏ ÇIXARILDI - VERSİYA

Baba Salayev cəmi iki il işlədiyi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini itirdi

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub. Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb. Dövlət Gömrük Komitəsindən xəbəri  təsdiqləyiblər.

Onun yerinə isə gömrük xidməti polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib. Baba Salayev deputat Hacı Salayevin qardaşıdır. Hacı Salayev dördüncü müddətdir ki, parlamentin deputatdır. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan H.Salayev Milli Məclisdə bitərəfdir. 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir.

Baba Salayev ile ilgili görsel sonucu

Hacı Salayev

H.Salayevin  hazırda Rusiyada axtarışda olan  Telman İsmayılovun qardaşlarının biri ilə yaxın qohum olduğu da iddia olunur.

“Yeni Müsavat”ın məlumatına görə, Baba Salayev 2016-cı ilin yanvarında DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. O, bu vəzifədə DGK-nin Gömrük sahəsində hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilmiş general-mayoru Güloğlan Muradlını əvəz edib. B.Salayev daha əvvəl Balakən rayonunun Gömrük İdarəsinin rəisi vəzifəsini tutub.

Prezident bir il sonra-2017-ci ilin yanvarında  ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.

Dövlət Gömrük Komitəsinin yeni  sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin bu vəzifəyə təyinatından sonra DGK-da bir sıra kadr dəyişiklikləri edilib. General-leytenant mediaya açıqlamasında deyib ki, DGK-da struktur və kadr islahatları aparılacaq, gömrük orqanlarında şəffaflıq daha da artırılacaq. S.Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi qanunsuz əməllərə qətiyyən yol verməyəcək: “Bu istiqamətdə müşavirələr keçirilib və məsul şəxslərə xüsusi tapşırıqlar verilib. Bundan sonra da şəffaflıq və prezidentin apardığı islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”. Belə görünür ki, general da vəzifəsini bu kadr islahatları səbəbindən itirib. İstisna deyil ki, ona DGK-da yeni görəv verilsin.






Fikirlər