Bu il də oğlanlar qızları ÜSTƏLƏDİ - RƏQƏMLƏR
Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub. AzerTaym..az-ın xəbərinə görə, Trend Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır. Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9929513 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.