Aşura günü qanvermə aksiyaları keçiriləcək ÜNVANLAR
Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək. Nazirlikdən Publika.az-a verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq. Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə: Bakı şəhəri üzrə: - Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, - Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, - Nizami rayonu “Şah Abbas məscidi” , - Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, - Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”, - Suraxanı rayonu “Qaracuxur məscidi”, - Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”. Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub. Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır: - Gəncə şəhəri “İmamzadə kompleksi”, - Lənkəran şəhəri “Böyük bazar məscidi”, - Masallı şəhər Cümə məscidi. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
- Mingəçevir şəhəri “Heydər məscidi”,
- Sumqayıt şəhər “Cümə məscidi”,
- Şəki şəhəri “İmam Əli məscidi”,
- Mərkəzi Qan bankının Şırvan bölməsi,
- Ağcabədi Mərkəzi rayon xəstəxanası,
- Beyləqan Mərkəzi rayon xəstəxanası,
- Bərdə rayonu “Bərdə İmamzadəsi”,
- Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı),
- Cəlilabad Mərkəzi rayon xəstəxanası,
- Xaçmaz şəhər məscidi,
- Ağsu rayon mərkəzi xəstəxanası,
- Qan bankının Quba bölgəsi,