Ötən gün axşam saat 18:25-də "7A” nömrəli marşrut avtobusunda xoşagəlməz hadisə yaşanıb.
AzerTaym.az a24.az-a istinadən xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən dayanacaqda sürücü ilə sərnişin arasında dava düşüb. Nəticədə "BakuBus” MMC-yə məxsus 99 JH 239 dövlət qeydiyyat nişanlı marşrutun sürücüsü 20 dəqiqəyə yaxın avtobusu dayanacaqdan hərəkət etdirməyib.
İnsidentə səbəb qadın sərnişinin nəqliyyat vasitəsinə arxa qapıdan minməsi olub. Belə ki, qadın sərnişin marşruta arxa qapıdan minsə də, içəri daxil olandan sonra ödəniş aparatına yaxınlaşıb və gediş haqqını ödəyib. Sürücü isə israrla həmin şəxsə avtobusdan düşüb, yenidən qabaq qapıdan daxil olmasa, marşrutu yerindən tərpətməyəcəyini deyib. Sərnişin həmin saatda eyni xətt üzrə xidmət edən 2 avtobusun qabaq qapını açmadığını əsas gətirərək, avtobusdan enməyəcəyini bildirib. Beləcə, onlar arasında dava düşüb və qadın sərnişin sürücünü ağır ifadələrlə təhqir edib. Digər sərnişinlər də davaya qoşulub. 20 dəqiqədən sonra bir neçə sərnişin avtobusu tərk edib. Səbəbkar qadın da avtobusdan düşəndən sonra sürücü nəqliyyat vasitəsini hərəkət etdirib.
Görüntüləri təqdim edirik:
Fikirlər