YAP MƏHƏRRƏMOVDAN İMTİNA ETDİ! – Rəhbərliklə birlikdə ziyarətinə İMKAN VERİLMƏDİ(FOTO)

abelll

Bu gün Yeni Azərbaycan Partiyasının 26-cı ildönümüdür. Hakim partiya bu münasibətlə bir neçə tədbir keçirib, o cümlədən Fəxri Xiyabanda partiyanın qurucusunun – Heydər Əliyevin məzarı ziyarət olunub.

“AzPolitika.info”nun məlumatına görə, YAP rəhbərliyinin H.Əliyevin məzarını ziyarət etməsi zamanı maraqlı bir məqam diqqəti çəkib. Belə ki, son günlərin “qəhrəmanı” – Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik, YAP Siyasi Şurasının üzvü Abel Məhərrəmov ziyarəti partiya rəhbərliyi ilə birlikdə yox, tək həyata keçirib.

Burdan belə nəticə çıxarmaq olar ki, A.Məhərrəmov təkcə vəzifəsini itirməyib, eyni zamanda rəhbərliyində təmsil olunduğu hakim partiyada arzuolunmaz şəxsə də çevrilib. Ona görə də YAP rəhbərliyi ilə birlikdə H.Əliyevin məzarını ziyarət etməsinə, yəni rəhbərliklə bir sırada görünmüsinə icazə verməyiblər.

Digər ehtimal odur ki, A.Məhərrəmov özü YAP-dan incik düşdüyü üçün rəhbərliklə birlikdə ziyarətə getməyib. Tək getməklə incikliyini nümayiş etdirmiş olub.

 

YAPabel21d06742-fc77-4d96-9e5b-b7e4c526c847

7f99ed16-11c4-4787-a3fa-dd7384a78f3f






Fikirlər