Rusiyada HAVA LİMANINA Fərman Salmanovun ADI VERİLDİ
Rusiyanın Surqut hava limanına məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib. Bu barədə sosial şəbəkələrdə yazılıb. F.Səlmanovun adı “Rusiyanın böyük adları” müsabiqəsində ən çox səs toplayıb. Onun rəqibləri Yermak Timofeyeviçlə Aleksandr Flipenko olublar. Hava limanına namizədlərdən hər hansının adının verilməsi üçün şərt kimi 1000 səs toplanılması irəli sürülüb. Müsabiqənin rəsmi nəticələri dekabrın 5-də açıqlanacaq. Qeyd edək ki, Fərman Salmanov 1961-ci ildə Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib.