AKADEMYANI BİTİRƏN 39 məzuna DİPLOM VERİLMİR (VİDEO)

Akademiyanı bitirən 39 məzuna diplom verilmir (VİDEO)

Akademiyanı bitirən 39 məzun diplomsuz qalıb.
Bakı Xareoqrafiya Akademiyasında illərdir təhsil alan bir qrup məzun imtahanlarını da vermələrinə baxmayaraq məzun olmaları haqda heç bir sənəd ala bilmirlər.
Maraqlısı isə budur ki, diplomun verilməməsinin səbəbi deyilmir. Valideynlər bildirir ki, diplomun gecikməsi övladları üçün bir sıra problemlər yaradır. Akademiya onlara heç bir sənəd vermədiyindən övladları rəsmi olaraq təhsil almış kimi qeydə alınmır və bir çox məzun bu səbəbdən ali təhsilini davam etdirə bilmir.
Mikayıl Məmmədov deyir ki, onun və digər bir neçə valideynin övladının beynəlxalq müsabiqələrdə uğurları da olub. Hazırda isə Akdemiyadan onlara konkret olaraq hansı tarixdə diploumun verilib-verilməyəcəyi deyilmir
Məsələ ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasından bildirdilər ki, məzunların diplomlarının verilməsində heç bir problem olmayacaq. Akademiyanın tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova "Xəzər Xəbər"ə açıqlamasında qeyd etdi ki, sözügedən məzunların hər biri Təhsil Nazirliyinin əmrinə uyğun qaydada diplomla təmin olunacaqlar.
 






Fikirlər