AC başda AĞIL olmaz! olmaz!

Ac başda ağıl olmaz!

Biz ac olan zaman beynimiz təhlükəli rejimlə işləyir. Mürəkkəb məsələlərin və işlərin həllini tapmaq beyin üçün çətin olur. Beyinin əsas yanacağı diğər əzalarımızdan fərqli olaraq, yalnız qlükozadır. Bədənimizdə qlükoza ehtiyatı yalnız istifadə etdiyimiz yeməklərlə yaranır.

Beynimizə şəkər gərəkirmi sualına cavab olaraq bir mənalı demək olar ki, şəkər - xeyir; qlükoza -bəli!

Beynimizin yeganə yanacağı qlükoza sayılır. Qlükozadan başqa beynimiz heç nə ilə qidalanmır. Beynimiz bədən həcmimizin cəmi 2%-ni təşkil etsə də, qəbul etdiyimiz kolorilərin 20%-ni bu orqan mənimsəyir.

Gündəlik olaraq beyinimizə 120 qram qlükoza lazım olur ki, bu da 420 kkal-yə bərabərdir (arıqlayanların nəzərinə). Beyin qlükozanı qidadan alır. Beyində artıq qlükozanı saxlamaq üçün heç bir resurs yoxdur, ona görə də qlükozanın qəbulu davamlı olmalıdır. Belə nəticəyə gəlmək olar ki, beyin qlükozayla yaxşı işləyir və onun azlığında zəifləyir. Beyinə ötürülən qlükozayla bağlı olan hər hansı bir problem zehni inkişafa təsir edir. Bəzi hallarda bu, huşun itirilməsinə də səbəb olur. Buna tibbdə hipoqlikemiya deyirlər (qanda şəkərin kəskin azalması).

Bir sıra dietoloqlar və blogerlər karbohidratların ziyanlı olduğunu iddia edir. Amma unutmaq olmaz ki, beyin qlükoza istehlak etməlidir. Qlükoza isə karbohidratdır. Lakin diqqətli olun! Tort və şirniyyatları bol istehlak etmək olmaz.

Bəs onda qlükozanı hardan alaq? Əsas problem odur ki, insanlar karbohidrat olaraq əsas qida kimi un və şəkər məhsullarını - şəkər, çörək, şirniyyat və s. qəbul edirlər. Lakin bu qidalar qlükoza mənbəyi deyil. Qlükozanın daimi qəbulu üçün bir çox meyvə və tərəvəz var.

Qlükoza məhsullarının siyahısını təqdim edirik:

Məhsul

( 100 qr məhsulda olan qlükoza

Ümumi şəkər (100 qr məhsulda)

Qlükoza %

Yaşıl soğan

1.4

1.6

88

Üzüm

6.6

16.4

40

Ərik qurusu

20.3

38.9

52

Kivi

5.0

10.5

48

Qırmızı turp

4.0

13

31

Bizə gün ərzində nə qədər qlükoza lazımdır?

Elmi araşdırmalar zamanı məlum olub ki, beyin dəqiqədə 32 mkmoll qlükoza yandırır. Yəni beyinin sağlam və gümrah qalması üçün individual olaraq gün ərzində 62-120 qr qlükoza lazımdır. Çəki və boy göstəricilərindən asılı olaraq, bu miqdar kimdəsə az, kimdəsə çox ola bilər.

Ona görə də beyininizin inkişafı və sağlamlıq üçün mütləq qlükoza qəbul edin.






Fikirlər