HƏMKARLAR İTTİFAQI Konfederasiyası 20 YANVAR ŞƏHİDLƏRİNİN ailələrinə maddi yardım etdi (FOTO)

 

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım edilib.

Hər il olduğu kimi, bu il də AHİK-də və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda səhid olan vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. Konfederasiyadan Trend-ə verilən məlumata görə, AHİK-in tədbirlər planına uyğun olaraq yanvarın 15-də ənənəvi olaraq qurum tərəfindən 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib, onlara maddi yardım göstərilib. 112 şəhid ailəsinin hər birinə 100 manat, ümumilikdə 11200 manat maddi yardım edilib.

Eyni zamanda, hər bir şəhid ailəsinin problemləri dinlənilib, onların həlli üçün müvafiq qaydada addımların atılacağı diqqətlərinə çatdırılıb.






Fikirlər