"Şəfa Broyler" xəstəlik yaymaqdadır - ŞİKAYƏT

Toyuq əti istehsalı ilə məşhul olan “Şəfa Broyler” Neftçala və Salyanda ekolojiyi fəlakətə səbəb olub.

AzEuroNews.com-un məlumatına görə, bu barədə sözügedən rayon sakinlərindən saytımıza şikayət daxil olub. Sakinlər yazaraq bildirirlər ki, “Şəfa Broyler”in Neftçala rayonu Qaraqaşlı kəndində yerləşən mərkəzindən gələn üfunət iyi qonşu Salyan rayonuna qədər gedib çıxır.

Sakinlərin sözlərinə görə, dəfələrlə bu barədə “Şəfa Broyler” rəhbərliyinə şikayət etsələr də, onlar problemlə bağlı heç bir şey etməyiblər.
Sonda məcbur olub Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən bizə bildirdilər ki, şirkətə bu barədə xəbərdarlıq olunub. Qızmar havada üfunətin iyindən nəfəs almaq belə mümkün deyil. Ölü toyuqların basdırıldığı poliqonda istidə qızışma getdiyindən ətrafa 7-8 kilometr radiusda üfunət iyi yayılır və bu proses illərdir davam edir”.
Nazirlik:Dəfələrlə cərimə olunublar”
Sakinlərin növbəti ümid yeri olaraq qapısını döydüyü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsindən isə, bildiriblər ki, sözügedən problemdən xəbərdardırlar.
Şirkət nazirlik tərəfindən dəfələrlə cərimə olunub. Onlara göstəriş verilib ki, bu neqativ hal dərhal aradan qaldırılsın. lakin onlar bizim xəbərdarlığımıza məhəl qoymur və bu hal illərdir davam edir” deyə nazirlik əməkdaşları narazı sakinlərə bildiriblər.






Fikirlər