Bu xəbəri mütləq oxuyun: Böyrəyinizi itirə bilərsiniz - VİDEO

“Böyrək daşları elə bir xəstəlikdir ki, hər beş adamdan birində rast gəlinir. Çoxları buna “böyrəklərim soyuqlayıb, keçər gedər” şəklində yanaşsa da, əslində bu xəstəliyin çox ciddi fəsadları var”.

Bu sözləri “TREND”ə danışan Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransada təhsil almış və çalışmış uzman uroloq, Dr. Araz Bayramov söyləyib.

Onun sözlərinə görə, böyrək daşları gec xəbər tutulduğu halda böyrəklərin itirilməsinə gətirib çıxarır:

“Hidronefroz deyilən xəstəlik var. Bu xəstəlik sidik yollarının yad cisimlər, misal üçün böyrək daşı tərəfindən tutulmasına, sidiyin xaric olunmasına maneə yaranmasına deyilir. Hidronefroz xəstəliyinə tutulan xəstələrin əksəriyyətində ağrı hissi itir və xəstələr birdə ona xəbər tuturlar ki, hidronefroz irəliləmiş mərhələdə olur. Nəticədə böyrəklərin funsiyası pozulur və onlar sıradan çıxırlar. Belə halda tibbi göstəriş böyrəklərin xaric olunmasıdır”.

Böyrək daşlarının müasir urologiyada müalicə üsullarından danışan Dr. Araz Bayramov bildirdi ki, hazırda böyrək və sidik yolları daşları heç bir kəsik, ağrı, narkoz olmadan endoskopik, yəni lazer üsulu ilə parçalanaraq xaric edilir:

“Əslində buna əməliyyat da demək olmaz. Bu sadəcə bir müalicə üsuludur. Daşın ölçüsündən, yerləşməsindən asılı olmayaraq cəmi yarım saata xaric edilir. Xəstə əməliyyat edilən günün səhəri evə buraxılır və bir neçə günə əmək qabiliyyətini tam bərpa edir. Biz bu prosesi müasir urologiyada XXI əsrin qızıl standartı - Perkutan nefrolitotomiya (PCNL) üsulu ilə icra edirik”.

Avropa təhsilli uzman qeyd edir ki, bel və qarın nahiyəsində kəmərvari dözülməz ağrılar (ağrı davamlı ya da təkrarlayan ola bilir), qanlı sidik, ürəkbulanma və qusma, pis iyli sidik ifrazı, sidik ifrazı zamanı yanma hissi, temperatur və titrəmə (infeksiya varsa) böyrək daşı xəstəliyinin əlamətləridir. 

Böyrək daşı xəstəliyən mübtəla olmamaq üçünsə heyvani və bitki yağları, yumurta ağı, ət, balıq, quş əti, boyat ağ və qara çörək, tərəvəzlər (xiyar, balqabaq,ağ kələm), meyvələr (turş olmayan alma, armud, ərik, banan, heyva, şaftalı), tərəvəz supları, oksalitin çayı, gündə 2 litrə qədər maye (zəif qələvi mineral sular, şirələr, gicitkən, cökə, gülümbahar dəmləmələri) vaxtaşırı olaraq qəbul edilməlidir. Tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (qara qarağat, çiyələk, limon, portağal, naringi), şokolad, kakao, qəhvə, tünd çay, kalsiun və C vitamini tərkibli mineral sular və preparatlardan isə qəti imtina olunmalıdır.

Xatırladaq ki, Dr. Araz Bayramov hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib. Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib.

Dr. Araz Bayramovla görüş götürmək üçün:

(055) 255-55-45

 






Fikirlər