“Qarabağ yenidən Azərbaycanın olacaq” - ƏRDOGAN
“Rəsmi Ankara Bakını Qarabağ konfliktində sonuna qədər dəstəkləyəcək”. AzerTaym.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Azərbaycan prezidenti, dostum İlham Əliyevə hadisə ilə bağlı başsalığı vermişəm. Türkiyə Qarabağ münaqişəsində hər zaman Azərbaycanın tərəfində olub və onu dəstəkləməyə davam edəcək. Qarabağın işğalı və insanların ölümü ürəyimizi ağrıdır. Lakin mən demək istəyirəm ki, Dağlıq Qarabağ yenidən bütünlüklə Azərbaycanın olacaq”, - deyə Ərdoğan qeyd edib.