Volf Messinqin 2016-cı ilə dair — QORXUNC proqnozları

Volf Messinqin 2016-cı ilə dair — Qorxunc proqnozları

Məşhur öngörücü Volf Messinq sağlığında 50 il sonraya dair proqnoz verib.

AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, ekstrasens 3 ölkədə dəhşətli dəyişikliklərin olacağını proqnozlaşdırıb.

Onun sözlərinə görə, bu il ABŞ superdövlət rolunu heç önəmsəmədiyi bir rəqibinə təhvil verməli olavcaq. Məhz bu dövlət Amerika iqtisadiyyatına dağıdıcı zərbə endirəcək. 2016-cı il ABŞ-la yanaşı Yaponiya və Tayvan üçün də qara gələcək. Bu iki şəqr ölkəsi nüvə silahının zərbəsinə bərabər bir təkanla silkələnəcək. Ekstrasens bu dağıdıcı qüvvənin nə olacağı barədə məlumat verməyib. Sadəcə bildirib ki, hər iki ölkə güclü maliyyə və insan itkisi ilə üzləşəcək.

Messinq Rusiya barəsində proqnozunda deyib ki, bu ölkə ərazisinin bir hissəsini Çinə güzəşt etməli olacaq. Lakin bunun könüllü əsaslarla və ya müharibə nəticəsində baş verəcəyinə dair fikir səsləndirməyib. Messinqin proqnozuna görə, bu Rusiyanı zəiflətməyəcək, əksinə Rusiya 2016-cı ildə yenidən küllərindən doğmağı bacaracaq və dünyanın ən önəmli dövlətlərindən birinə çevriləcək.






Fikirlər