Səfirin vurulduğu anın - Videosu

  

 
Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub.
Musavat.com-un Habertürk-ə (daha sonra digər Türkiyə KİV-lərinə) istinadən verdiyi məlumata əsasən səfir Andrey Karlov Ankaranın Çankaya rayonunda qatıldığı sərgidə silahlı hücuma məruz qalıb. 
Hadisə şahidlərinin verdikləri məlumata görə, səfiri danışmaq üçün səhnəyə çağıran zaman salondan kostyumlu bir nəfər silahı qaldıraraq "Hələbin hesabı sorulacaq", deyə bağırıb və dalbadal atəş açıb.
Həmin şəxsin sərgi salonuna polis vəsiqəsi ilə daxil olduğu da iddia edir.  
Sui-qəsd zamanı yaralıların olduğu bildirilir.
Son dəqiqə bilgisinə görə, həmin sui-qəsdçi 40 dəqiqə sonra yaxalanıb. 
Səfirin danışmağa başladığı an. 1 saniyə sonra atəş açılır...
Səfri Andrey Karlovun sui-qəd zamanı ağır yaralandığı və xəstəxanaya qaldırıldığı gələn xəbərlər arasındadır.
Bəzi məlumatlarda isə iddia edilir ki, səfir aldığı yaralardan ölüb. 
Hadisədən 45 dəqiqə sonra Türkiyənin polis naziri Süleyman Soylu hadisə yerinə gəlib.
Rusiya səfirinin yaralanmasını rəsmən təsdiq edib.    
Anadolu agentliyi saat 20.45 radələrində məlumat yayıb ki, sui-qəsdçi zərərsizləşdirilib. Yəni ölü olaraq ələ keçirilib.
Qeyd edək ki, son 10 gündə Türkiyədə terror hadisələri səngimir.   
***
Musavat.com Türkiyə və Rusiya KİV-lərinə istinadən bildirir ki, sui-qəsdə məruz qalan Rusiyanın Türkiyədəki səfiri aldığı yaralardan həlak olub. 
 
rusya büyükelçisi ile ilgili görsel sonucu
Andrey Karlov
 
 
İşte suikastçı
 
Sui-qəsdçinin fotosu
 
Son dakika: Rusya Büyükelçisi Ankara’da silahlı suikasta uğradı
Hadisəyə aid foto
 
CANLI YAYIM
 
Səfirin silahlı hücuma məruz qaldığı anların videosu
 


 






Fikirlər