Öcalanın deputat olan bacısı qızı SAXLANILDI

Öcalanın deputat olan bacısı qızı saxlanıldı

Türkiyə parlamentinin üzvü, Xalqların Demokratik Partiyasının deputatı Dilək Öcalan saxlanılıb.

Şanlıurfadan deputat seçilmiş D.Öcalan İstanbulda saxlanılıb.

Qeyd edək ki, Dilək Öcalan PKK terror təşkilatının həbsdə olan başçısı Abdullah Öcalanın bacısı Fatma Öcalanın qızıdır.

Virtualaz.org xatırladır ki, Dilek Öcalan yanvarın axırlarında Moskvada rəsmi səfərdə olub. Orada o, Rusiya siyasətçiləri və kürd siyasi fəalları ilə görüşüb.

Onu da qeyd edək ki, Türkiyə hakimiyyəti onu terrorizmin təbliğində günahlandırır.






Fikirlər