21.08.2014- Tatarların liderinə vəzifə verildi (FOTO)

21.08.2014- Tatarların liderinə vəzifə verildi (FOTO)Mustafa Cəmilov Krım tatarlarının işləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib.

Ukrayna prezidenti Petro Poroşenko Mustafa Cəmilovu Krım tatarlarının işləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin edib.

ANS-in məlumatına görə, dövlət başçısının № 657/2014 uyğun olan fərmanı prezidentin saytında dərc edilib.

“Ukraynanın xalq deputatı Mustafa Cəmilov Krım tatarlarının işləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin edilsin”, - deyə fərmanda bildirilir.

Sənəd 20 avqustda imzalanıb.






Fikirlər