Bu ölkədən Kadırov, Roqozin və Patruşevə – SANKSİYA

4018ae3f72f745a204a70b5b358074d4

Monteneqro Rusiya və Ukrayna vətəndaşı olan 149 nəfərin ölkəyə girişinə qadağa qoyub.

Axar.az xəbər verir ki, “Beta” xəbər agentliyi siyahının Avropa Şurasının qərarı əsasında hazırlandığını bildirib.

Sanksiya tətbiq edən həmin şəxslərdən bir neçəsinin adlarını təqdim edirik: Rusiya Baş nazirinin müavini Dmitri Roqozin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çeçenistan lideri Ramazan Kadırov.

Qeyd edək ki, ötən gün Rusiya Manteneqro Baş naziri Duçko Markoviç də daxil olmaqla, ölkənin siyasi elitasına aid 70 şəxsi qara siyahıya salmışdı.

 






Fikirlər