MƏŞHUR AKTYOR PREZİDENT olmaq İSTƏYİR
Məşhur aktyor Dueyn Conson 2020-ci ildə ABŞ prezidenti olmaq istəyir. Axar.az xəbər verir ki, jurnallardan birinə müsahibəsində Conson ilk dəfə prezident seçkilərində namizədliyini verəcəyini açıqlayıb. Consonun bu açıqlamasından sonra mütəxəsislər onun seçkilərdəki şansını müzakirə edib. Hətta onlardan bəziləri Consonun sosial şəbəkələrdəki aktivliyini əsas gətirərək, prezident ola biləcəyini iddia edib. Qeyd edək ki, Dueyn Consonun Feysbuk səhifəsində 55, İnstaqramda 45, Tvitterdə isə 13 milyon izləyicisi var.