İlin ən yüksək MƏVACİBLİ aktyoru

Corc Kluni "Forbes"in versiyasına görə, 2018-ci ilin ən yüksək məvacibli aktyoru olub.

O, 2017-ci ilin iyun ayından cari ilin analoji dövrünə qədər olan müddət ərzində 239 milyon dollar qazanıb. 

AzerTaym.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə jurnalın saytında məlumat yerləşdirilib.

Nəşrin yazdığına görə, onun aktyorluq işi ilə yanaşı, bir milyard dollara yaratdığı "Casamigos Tequila" şirkətinin tekila satışından əldə etdiyi vəsait də Kluninin gəlirlərini artırıb.

2017-ci ildə "Forbes"in reytinqində birinci yeri Mark Uolberq tutub. Həmin vaxt onun illik gəliri 68 milyon dollar təşkil edib.

2018-ci ilin ən yüksək ödənişli aktyorları arasında ikinci yeri Dueyn Conson tutur. O, göstərilən dövr ərzində 124 mln. dollar qazanıb. Aktyorun ötən ildən bu yana gəlirlərini ikiqat artırdığı bildirilir. Üçlüyü 81 milyon dollar qazanan Robert Dauni kiçik qapayıb.






Fikirlər