Rusiyada tibb işçiləri kütləvi şəkildə virusa YOLUXDU

Rusiyanın Sankt-Peterburq şəhərində 137 tibbi işçisi koronavirusa yoluxub.
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu şəhərin televiziyasına müsahibəsində “Botkin” adına xəstəxananın baş həkimi Denis Qusev bildirib.

Hazırda bizdə koronavirus diaqnozu qoyulan və ya virusa yoluxmaqda şübhəli bilinən 405 pasiyent var. Onların 137-si tibb işçisidir. Həkimlərin əksəriyyəti koronavirusun ilkin qeydə alındığı xəstəxananın həkimləridir”,- deyə Denis Qusev qeyd edib.
Qeyd edək ki, Sankt-Peterburqda son bir gündə koronavirusa yoluxanların sayı kəskin artıb. 424 nəfərdə yoluxma təsdiqlənib. Beləliklə, şəhərdə yoluxanların ümumi sayı 1 507 nəfərə çatıb.






Fikirlər