Belarusda güc sturukturları etirazçılarla həmrəy oldu - VİDEO + Yenilənib
Müstəqillik meydanında, Belarus Hökumət Evinin və MSK binasının yerləşdiyi ərazidə güc strukturları əməkdaşları nümayişçilərlə həmrəylik əlaməti olaraq əllərindəki qalxanları endirib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib. Həmin əraziyə toplaşan minlərlə insan Prezidentin istefasını tələb edir. Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib. *** Minskdə Hökumət Evinin yaxınlığında etirazçılar güc strukturları əməkdaşlarını qucaqlayıb, onların əllərini sıxıblar. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib. Ancaq bir müddətdən sonra Daxili Qoşunlar etirazçıları Hökumət Evinin yaxınlığından sıxışdırıb çıxartmağa başlayıblar.
*** Hökumətin Evinin qarşısında 10 mindən çox adam toplaşıb. Onlar prezident seçkilərinin yenidən keçirilməsini, həmçinin zorakılığın dayandırılmasını tələb edirlər. Etirazçılar bildirir ki, əks halda onlar tətilləri davam etdirəcəklər.